TELEKANAL RƏHBƏRİ iki oğlu ilə birgə HƏBS edildi
"Samanyolu" telekanalının idarə heyətinin keçmiş rəhbəri Ali Çelik oğulları və bacısı oğlu ilə birlikdə həbs edilib. Ölkə.Az lent.az-a istinadən xəbər verir ki, Bolqarıstana gedən avtobus Ədirnədə gömrük nəzarətindən keçərkən digər sərnişinlər kimi A.Çelik və onunla birgə olan 3 nəfər enməyərək pasportlarını təqdim ediblər. Yoxlama zamanı onların pasportlarındakı möhürün saxta olduğu məlum olub. Türkiyədən çıxmasına qadağa qoyulan A.Çelik və oğullar digər qohumu ilə birlikdə saxlanılaraq polisə təhvil verilib. Qeyd edək ki, "Samanyolu" telekanalının fəaliyyətinə 15 iyul hadisələrindən sonra qadağa qoyulub.