İsmayıllı- Qəbələ istiqamətində yaşıllıqlar MƏHV edilir

Dosye.org saytın elektron ünvanına Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 saylı Ərazi Ekologiya və Təbii Sərvətlər Şöbəsinin müdiri Əlirza Əliyevlə bağlı maraqlı məlumat daxil olub.

Məlumatda qeyd edilir ki, İsmayıllı, Qəbələ, Şamaxı, Ağsu və Oğuz rayonlarında yaşıllıqlar məhv edilir, yerlərində isə obiyektlər tikilir. Etiraf edək ki, ekologiya ərazilərində razılıq olmadan heç bir obiyekt inşa etdirmək mümkün deyil. Belə olan halda sahibkar ərazi üzrə “kəndxudanı” görüm-baxım etməlidir.

Mənbəmiz iddia edir ki, Əlirza Əliyev İsmayıllı-Qəbələ istiqamətində yol kənarlarında yaşıllıqları məhv etdirib, yerlərində isə kafelərin istifadəyə verilməsinə icazə verib. Bu isə o deməkdir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 saylı Ərazi Ekologiya və Təbii Sərvətlər Şöbəsinin müdiri Əlirza Əliyev şəxsi maraqlar naminə və eyni zamanda yuxarı dairələri razı salmaq şərti ilə yaşıllıqların məhv edilməsinə imza atır.

Dosye.org olaraq bildirmək istəyirik ki, daxil olan informasiya tam araşdırıldıqdan sonra mahiyyəti barədə Ekalogiya və Təbii Sərvətlər Naziri cənab Hüseyqulu Bağırova ünvanlanacaq. Bu istiqamətdə araşdırmalarımız davam edir...






Fikirlər