Nazir vaxtı DƏYİŞDİ
Ekologiya və təbii sərvətlər naziri Hüseyn Bağırovun Ağsu, Göyçay, Şamaxı, Qobustan və Kürdəmir rayonlarında yaşayan vətəndaşlarla mayın 27-də nəzərdə tutulmuş görüşü iyunun 3-nə dəyişdirilib. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) mətbuat xidmətindən AzerTaym.az verilən məlumata görə, görüş saat 10:00-da Ağsu şəhərindəki Uşaq Yaradıcılıq Mərkəzində keçiriləcək. Qəbula gəlmək istəyən vətəndaşlardan qeydiyyatdan keçmək üçü[email protected] və [email protected] elektron poçt ünvanları, ETSN-in “168-Qaynar xətt”i ilə əlaqə saxlamaları, həmçinin 6 saylı ekologiya və təbii sərvətlər şöbəsinə (telefonlar: 020-274-35-15, 055-455-41-21, 050-668-29-31) müraciət etmələri xahiş olunur.