NAZİR HÜSEYN BAGIROV vətəndaşları qəbul edəcək- TARIX
Ekologiya və təbii sərvətlər naziri Hüseyn Bağırov fevral ayının 25-də saat 10:00-da Neftçala şəhərində yerləşən Heydər Əliyev Mərkəzində vətəndaşlarla görüşəcək. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) mətbuat xidmətindən verilən məlumata görə, qəbul zamanı Neftçala, Salyan, Biləsuvar və Cəlilabad rayonları sakinlərinin müraciətləri dinləniləcək, lazımi tədbirlər görüləcək. Vətəndaşlardan qeydiyyatdan keçmək üçün [email protected] və[email protected] elektron poçt ünvanları, ETSN-in “168-qaynar xətt”i ilə əlaqə saxlamaları, həmçinin Şirvan Milli Parkına (telefonlar: 050-332-42-01, 055-455-36-03) müraciət etmələri xahiş olunur. AzerTaym.az