“ŞIX” SANATORİYASInın ƏSASLI TƏMİR və YENİDƏNQURMAdan sonra AÇILIŞI olub

AzerTaym.az AHİK-in mətbuat xidmətinə istinadən xəbər verir ki, Avqustun12-də “ŞİXOV ” sanatoriyasının əsaslı təmir və yenidənqurmadan sonra açılışı olub.

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri Səttar Mehbalıyev kompleks haqqında məlumat verib.

O,bildirib ki, 1982 ci ildən fəaliyyətə başlayan sanatoriya 1992-ci ilədək 200 nəfərin istirahəti üçün nəzərdə tutulmuşdu. Məlum Dağlıq Qarabağ hadisələri ilə əlaqədar 1992-ci ildə sanatoriyanın 100 çarpayılıq 2 saylı korpusunda 150 nəfərədək qaçqın və məcburi köçkün soydaşlarımız məskunlaşdı.
Konfederasiya sədri vurğuladı ki, "Azərbaycan Respublikasında kurortların 2009-2018-ci illərdə inkişafı üzrə Dövlət Proqramı"na əsasən 2015-ci ilin yanvarından etibarən kompleksdə təmir və yenidənqurma işlərinə başlanıldı. 2.5 hektar ərazisi olan, 102 çarpayılıq bu sanatoriya 1, 2 və 3 nəfərlik otaqlardan ibarətdir. Hər bir otaq daimi isti və soyuq su ilə təmin olunub. Beşmərtəbəli sanatoriya binasının xarici və daxili görünüşü müasir tələblərə uyğundur.
Ərazidə yaşıllaşdırma işləri aparılıb, ağaclar və güllər əkilib. Qazanxana binası tamamilə yenilənib, orada olan avadanlıqlar dünyanın aparıcı ölkələrinin nüfuzlu şirkətlərinin istehsal etdiyi məhsullarla əvəzlənib.
Burada xəstələrin müalicəsi üçün təbii amillər hidrogen-sulfidli vannalar, naftalan, palçıq vannası, parafin, fizioterapevtik massaj, hovuzda dartma, sualtı duş massajı, velosipetlə hovuzda hərəkət və digər prosedurlar tətbiq olunacaq.
S.Mehbalıyev əlavə edib ki, AHİK-in nəzdində səkkiz sanatoriya, bir müalicə pansionatı, on istirahət bazası fəaliyyət göstərir. Sanatoriyaların 6-sı ilboyu, digər 2-si, müalicə pansionatı və istirahət bazaları isə mövsümi fəaliyyət göstərir. AHİK sədri bu proqramı dövlətin müalicə müəssisələrinə göstərdiyi diqqət və qayğının nəticəsi kimi dəyərləndirib. Bildirib ki, proqram əsasında növbəlilik prinsipi ilə təmirə ehtiyacı olan bütün sanatoriyalarda yenidənqurma işləri aparılacaq.






Fikirlər