Yeni Nəsil Klinikasında - ŞOK FAKTLAR
Son günlər Bakı şəhərində klinikalarla bağlı Dosye.org-a maraqlı məlumatlar daxil olur. Etiraf edək ki, bəzi özəl klinikalar vergidən yayınır, daxildə isə xoşagəlməz olaylar yaşanır. Əməkdaşlarımızın apardığı araşdırmalar nəticəsində məlum olub ki, “yeni nəsil” klinikasi “ insan həyatı üçüçn olduqca təhlükəlidir. Tibb mərkəzinə müraciət edən vətəndaşlar tələb olunan məbləği ödəyərkən hec bir qəbz almır. Buda onu deməyə əsas verir ki, yuxarıda göstərdiyimiz faktlar tam əsaslıdır. Digər tərəfdən qan analizi verən vətəndaşlar iddia edirlər ki, həkim venadan qan götürərkən əlcəkdən istifadə etmir. Əslində, göstərdiyimiz bu fakt bir çox hallarda böyük qanun pozuntusu kimi qeyd edilməlidir. Dosye.org-un əldə etdiyi digər maraqlı məlumat ondan ibarətdir ki, Yeni Nesil tibb mərkəzində çalışan həkimlərin və tibb bacıların həkimlik fəaliyyəti olduqca şübhəlidir. Çox istərdik ki, məsələ ilə bağlı Səhiyyə Nazirliyi və digər qrumlar araşdırma aparsılar. Və bəlli olacaq ki, Bakı şəhərində Yeni Nəsil tibb mərkəzi böyük qanun pozuntusu ilə fəaliyyət göstərir.