Yayılan xəbərlər həqiqətə uyğun deyil – MN-dən açıqlama
Hadisə ilə bağlı Hərbi Prokurorluq tərəfindən cinayət işi başlanıb Bəzi kütləvi informasiya vasitələrində Şəmkir rayonundan hərbi xidmətə çağırılmış əsgər Qəmbərov Vüsal Razim oğlunun düşmənin açdığı atəş nəticəsində həlak olması barədə yayılan xəbərlər həqiqətə uyğun deyil. Bu barədə “Report”a Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirilib. Hadisə ilə bağlı Hərbi Prokurorluq tərəfindən cinayət işi başlanıb və hazırda araşdırma aparılır. Müdafiə Nazirliyi növbəti dəfə kütləvi informasiya vasitələrinə müraciət edərək bildirir ki, Azərbaycan Silahlı Qüvvələrinin haqqında yoxlanılmamış və rəsmi təsdiq edilməmiş məlumatların verilməsi qəbuledilməzdir.