Pul yığan müəllimlər işdən azad olunacaq - Nazirlikdən xəbərdarlıq

Təhsil Nazirliyi 5 Oktyabr - Müəllimlər Günü münasibətilə məktəblərdə pul yığılması ilə bağlı məlumatlara münasibət bildirib.

Moderator.az xəbər verir ki, qurumun mətbuat xidmətinin rəhbəri Cəsarət Valehov həmin məlumatlarla əlaqədar Təhsil Nazirliyinin mövqeyini açıqlayıb.
“Müəllimlər günü ilə bağlı müxtəlif məktəblərdə pul yığılmasına dair məlumatlar dolaşır. Təhsil Nazirliyinin mövqeyi belədir ki, bununla bağlı anonim olmadan (adı ilə müraciət etməyi biz öyrənməliyik) bizim 146 saylı “qaynar xətt”imizə məlumat verərsə və fakt araşdırma zamanı təsdiqini taparsa, həmin müəllim və ya məktəb direktoru dərhal vəzifəsindən azad olunacaq", - deyə C.Valehov bildirib.






Fikirlər