Azərbaycan zirehli döyüş maşınının satışına başlayacaq – FOTO

trend_sergi__280916

Azərbaycan Müdafiə Sənayesi Nazirliyinin istehsal etdiyi daha bir zirehli avtomobilin satışına başlanacaq.

Trend-in məlumatına görə, “İldırım” adlanan zirehli döyüş maşınının satışına 2017-ci ildən başlamaq nəzərdə tutulur.

Avtomobil 31 dərəcədə qalxır, 38 dərəcə bucaq altında enir. Çəkisi adi vəziyyətdə 13 ton, döyüş vəziyyətində isə 15,5 tondur.
Döyüş maşını 12 nəfərlik heyətlə hərəkət edir. Döyüş şəraitində tank əleyhinə mina partlayışına davamlıdır.
Zirehli maşın suda hərəkət edir, batarkən özü çıxır, aşarkən yerində düzəlir. Avtomobil 90 km/saat sürəti ilə hərəkət edir. İstənilən vəziyyətdə zərbə dalğasından müdafiə olunur.






Fikirlər