02.05.2014. - General M.Quliyev zirehli maşın aldı - (Fotolar)
Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin maddi-texniki bazasının gücləndirilməsi istiqamətində tədbirlər davam etdirilir.
"AzerTaym.az" Penitensiar xidmətin İctimaiyyətlə əlaqələr şöbəsinə istinadən bildirir ki, Mühafizə Alayının döyüş hazırlığının artırılması, şəxsi heyətin xüsusi texnikadan istifadə qabiliyyətinin təkmilləşdirilməsi və eləcə də mümkün kütləvi iğtişaşların qarşısının alınmasında istifadə olunması məqsədilə Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin Cihazqayırma zavodunun istehsalı olan zirehli maşın alınıb.
Xatırladaq ki, Penitensiar xidmətin rəıisi general-leytenant mədət Quliyevdir.