Əli İnsanov ölkəni tərk edəcək - İDDİA

Əli İnsanov ölkəni tərk edəcək - İDDİA

Bu ay həbsdə olan sabiq səhiyyə naziri Əli İnsanovun cəza müddəti başa çatır.

AzerTaym.az xəbər verir ki, "Yeni Müsavat”ın yazdığına görə, 2005-ci il oktyabrın 20-də həbs edilən Ə. İnsanov 11 il müddətinə məhkum edilib və bu cəzanın müddəti bitir.

Amma azadlığa çıxacağı günləri sayan sabiq nazir avqustun 24-də 3 yeni cinayət maddəsi üz-üzə qaldı, barəsində yeni istintaq başladı.

Qəzet yazır ki, yeni cinayət işlərinin açılması sabiq nazirin azadlığa çıxa bilməyəcəyi deməkdir: "Onun yeni cinayət maddələri ilə ittiham olunmasına rəğmən azadlığa qovuşacağı ilə bağlı müxtəlif fikirlər var. İddia olunur ki, İnsanov əvvəlki cəzası başa çatandan sonra yeni ittihamlar üzrə ya ev dustaqlığına buraxılacaq, ya da şərti cəza alacaq.

Bu cür iddialar da var ki, sabiq nazir azadlığa buraxılarsa, bu onun ölkəni birdəfəlik tərk etməsi müqabilində ola bilər. Onun yeni ittihamlar üzrə istintaq müddəti oktyabrın 23-dək nəzərdə tutulub. Sabiq dövlət məmurunun dərhal məhkəmə önünə çıxarılacağı, yaxud istintaq müddətinin uzadılacağı suallar doğurur. İnsanovun barəsində yeni ittihamlar irəli sürüləndən sonra sərgilədiyi mövqeyin, referendum və bununla bağlı müxalifətin keçirdiyi mitinqlərdə susqunluq nümayiş etdirməsinin onun işinə kömək edəcəyinə ümidlər yaradır”.

 






Fikirlər