FHN İmişlidəki zəlzələ ilə bağlı məlumat yaydı
Fövqəladə Hallar Nazirliyi bu gün İmişlidə baş vermiş zəlzələ ilə bağlı məlumat yayıb.
Unikal.org nazirliyin saytına istinadən xəbər verir ki, Azərbaycan Milli Elmlər Akademiyası Respublika Seysmoloji Xidmət Mərkəzindən 16 oktyabr 2016-cı il tarixində Bakı vaxtı ilə saat 11:52-də Saatlıdan 30 km cənub-qərbdə İmişli rayonu ərazisində, 12 km dərinlikdə, 4,5 maqnituda gücündə zəlzələ qeydə alınması ilə bağlı məlumat daxil olub. Zəlzələ yaxın yaşayış məntəqələrində 3.0 bala qədər hiss olunub. İlkin məlumata əsasən, insan tələfatı və dağıntı olmayıb.