"Təfəkkür" Universitetinin rektoru öz ərizəsi ilə işdən azad edilib

"Təfəkkür" Universitetinin rektoru öz ərizəsi ilə işdən azad edilib

Rektor Müşfiq Atakişiyev səhhəti ilə bağlı vəzifəsindən azad olunduğunu kollektivə bildirib

Bu barədə Ölkə.Az saytına daxil olan məlumatda bildirilir ki, oktyabrın 17-də “Təfəkkür”  Universitetində keçirilən tədbiri giriş sözü ilə açan iqtisad elmləri doktoru, professor Müşfiq Atakişiyev səhhətində yaranmış problemlərlə əlaqədar öz xahişi ilə  bu ali məktəbin rektoru vəzifəsindən azad olunduğunu kollektivə çatdırıb.

O, bildirib ki, səhhəti ilə əlaqədar işdən azad olunmağı üçün universitetin təsisçisinə müraciət edib və xahişi rəhbərlik tərəfindən nəzərə alınıb. M.Atakişiyev buna görə təsisçiyə minnətdarlığını bildirib.

M.Atakişiyev universitetin fəaliyyətində və inkişafında göstərdiyi böyük qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə dərin minnətdarlığını bildirib. O çıxışında universitetin yaran­masında və formalaşmasında xidmətləri olanların hamısına təşəkkür edib.

Tədbirdə çıxış edənlər universitetin inkişafı üçün göstərdiyi qayğıya görə Azərbaycan Respulikasının Prezidenti cənab İlham Əliyevə, həmçinin Təhsil Nazirliyinə və ali məktəbin rəhbərliyinə minnətdarlığını bildiri­blər, professor Müşfiq Atakişiyevə isə tezliklə səhhətinin yaxşılaşmasını arzulayıblar.






Fikirlər