Devalvasiya Qocalar evinə düşənlərin sayını artırdı – RƏSMİ
2015-ci il ərzində ölkədə milli valyutanın iki dəfə devalvasiyaya uğraması bütün sahələrə təsirlərini davam etdirir. Problemlər yağışdan sonra çıxan göbələklər kimi hər yerdə cücərməyə, hətta kök atmağa başlayıb. O dərəcədə ki, ahıl yaşlı ata-analarımıza, sağlamlığı məhdud balalarımızı sosial xidmət müəssisələrinə atmaq məcburiyyətində qalırıq… Məhz statistik göstəricilər devalvasiyadan sonra bu müəssisələrə atılanların sayında artım oldğunu deməyə əsas verir. AzerTaym.az modern.az-a istinadən xəbər verir ki, hazırda ahıllar və sosial xidmət sahələrində yaşayan qocaların sayı 898 nəfərdir:
Hazırda Azərbaycanda ahıllar və əlillər üçün sosial xidmət müəssisələrinin sayı 7-dir. Qeyd edək ki, müəssisələrin sayı 2006-cı ildən 2016-cı ilədək dəyişməyərək 7 olub.
Onlarda olan yerlərin sayı 2006 və 2011-ci ildə 1012, 2012 və 2013-cü illərdə 812, 2014-cü ildə 962, 2015 və 2016-cı illərdə 1162 olub.
“2006-cı ildə yaşayanlar 797 nəfər, 2011-ci ildə 816 nəfər, 2012-ci ildə 732 nəfər, 2013-cü ildə 740 nəfər, 2015-ci ildə 817 nəfər ahıl qocalar evində məskunlaşıb”.
Göstəricilərə əsasən bildiririk ki, sağlamlıq imkanları məhdud olan uşaqlar üçün sosial xidmət müəssisələrinin sayı da 2006-cı ildən 2016-cı ilədək dəyişməyərək 2 olub.
Sosial xidmət sahələrindəki yerlərin sayı 2006 və 2011-ci illərdə 605, 2012-ci ildən etibarən azalaraq 370 olub. Sosial xidmət müəssisələrində yerlərin sayının azalmasnın təmir və yenidənqurma işləri ilə əlaqədar olduğu bildirilib.
Hazırda sosial xidmət sahələrində yaşayan uşaqların sayı 320 nəfərdir:
“2006-cı ildə 298 nəfər, 2011-ci ildə 267 nəfər, 2012-ci ildə 300 nəfər, 2013-cü ildə 310 nəfər, 2014-cü ildə 297 nəfər, 2015-ci ildə 314 nəfər uşaq xidmət müəssisələrində məskunlaşıb”.