Nəslinə vəzifə paylayan “karyer”çi başçı haqda müdhiş iddialar

Картинки по запросу Nəslinə vəzifə paylayan “karyer”çi başçı haqda müdhiş iddialar

Sevindik Hacıağa oğlu Hətəmov. Bu ad ilk baxışdan heç nə deməyə bilər. 1969-cu il aprelin 7-də Laçının Çüləbird kəndində anadan olub. 

1993-cü ildə məcburi köçkün ilk illərində Bakı İdarəetmə Akademiyasının Bakı Dövlət Universiteti ilə üzbəüz yataqxanasında məskunlaşır. 
Yataqxanada məskunlaşan digər qaçqınlar kimi o da əvvəlcə küçə ticarəti ilə məşğul olaraq ailəsini çox çətinliklə dolandırır. Lakin tezliklə taleh üzünə gülür. 
"Güzdək” daş karxanasında "karyer” biznesi ilə məşğul olmağa başlayır. Burada özünə əməlli-başlı sərvət yığır. Karyer müdiri əvvəlcə deputat, sonra isə icra başçısı olur. 
Politika.Az xəbər verir ki, söhbət əvvəl Yardımlının, indi Salyanın icra başçısı Sevindik Hətəmovdan gedir. 
Məlumatda deyilir ki, "Güzdək” daş karxanasındakı fəaliyyəti artıq Sevindik Hətəmovun böyük kapital, hörmət və lazımi dairələrə çıxış imkanı yaradır. 
Məhz bu üstünlüklərdən istifadə edən Hətəmov Azərbaycan hakimiyyətində təmsil olunan çox nüfuzlu bir məmurun kölgəsinə sığınaraq siyasi kariyerasını qurmağa başlayır. 
Vaxt gəlir, o, 2005-ci ildə deputat mandatı alır. 2012-ci ildə isə Yardımlı rayon icra başçısı təyin olunur. 04.03.2016-cı ildə isə prezidentin sərəncamı ilə Salyan rayon İca Hakimiyyətində başçı təyin olunub. 
Amma o hansı vəzifələri tutmasından asılı olmayaraq hər zaman "karyer biznesi” sahəsinə sadiq qalıb. Hazırda onu Qaradağ rayonu ərazisində 10 daş karxanası və üzlük daş istehsal edən bir neçə sexi var.
Yardımlıda icra başçısı işləyərkən müavini Mahir Mirzəyevlə əlbir olaraq büdcə vəsaitlərinin talançılığı ilə məşğul olub. Bu haqda dövrü mətbuatlarda geniş məlumatlar var və təkzib olunan faktlar var.
O bu ənənəni iş prinsipinin bu cür Salyan rayonunda davam etdirir. Sevindik Hətəmovun qarşısına ölkə başçısı ciddi tapşırıqlar qoyduğu halda, icra başçısı isə öz şəxsi maraqlarının əsirinə çevirilib.
Bu məmur həmişə öz şəxsi maraqlarının dövlət mənafeyindən üstün tutmuş və bu gün də o ənənəni davam etdirir. O Salyan rayonu ərazisində 4 balıqçılıq gölünü onların sahiblərindən zorla alaraq özünə məxsuslaşdırıb. 
Politika.Az xəbər verir ki, həmin sahibkarlar başçının bu qanunsuz əməllərindən ən yüksək islahatlara şikayətlər etmələrinə baxmayaraq onun Zakir Fərəcov Zeynal Nağdəliyev, həmçinin Laçın rayonunda millət vəkili Mahir Abbaszadə kimi himayədarları var. 
Sevindik Hətəmovun yaxın qolunu "Zamin bank” ASC-nin Gənclik filialının direktoru işləyən Mahir Tapdıq oğlu Abbaszadənin Laçın rayonunda millət vəkili seçilməsi üçün milyonlar xərcləyib. Ona görə də Mahir Abbaszadə də hər an Sevindik Hətəmovu yuxarı dairələrdə müdafiə edir.
Sevindik Hətəmov yaxın qohumları üçün də ağ gün ağlayıb. Belə ki, bacı Nəsilənin əri Fərruxu Bakı şəhərində yerləşən Laçın köçkün məktəbinin direktoru təyin etdirib.
Bacısının əri Oktay onun Qaradağdakı daş karxanalarını idarə edir. Oktayın oğlu Cəmil Məmmədovu Sumqayıt şəhərində Hərbi Prokurorluğa işə düzəldib və deyir ki, ”nə qədər dayın sağdır, ürəkli ol, heç nədən çəkinmə, səni hələ dayın daha yüksək vəzifəyə təyin etdirəcək”.
Sevindik Hətəmov Ağcəbədi rayonu ərazisində Laçın rayonuna aid qış yatağında 250 baş iri-buynuzlu və 1400 baş xırda-buynuzlu heyvandan ibarət böyük bir ferma yaradıb. 
Həmin heyvandarlıq fermasına sahibkarı kimi qayınatası Cənnət kişinin adına rəsmiləşdirib. Hətta həmin ferma üçün Sahibkarlıq Kömək Milli Fondundan xeyli kredit Cənnət kişinin adına ayrılıb.
Saytın verdiyi xəbərə görə, Bakıda İnqilab küçəsində "milyonerlər” məhəlləsində bacısı Lətifənin adına 4 mərtəbəli villa alıb. 
Oğlu Xətainin öz şəxsi nüfuzundan və əlaqələrindən istifadə edərək Bakı şəhəri 3 saylı "Asan Xidmət” Mərkəzinə müavin vəzifəsinə təyin etdirib. Qızı Günayı isə Neftçilər xəstəxanasında UZİ aparatı üzrə həkim vəzifəsinə yerləşdirib.
Oğlu Xətai və qızı Günay isə son model dəyəri 150 min dollar "Range-Rover” markalı maşınla işə gedirlər. "Nabranda” möhtəşəm bir istirahət mərkəzi yeznəsi Oktayın adına alıb. 
Bakının mərkəzində Sevindik Hətəmovun 8 yerdə topdansatış mağazalar şəbəkəsi var. Yasamal Rayonunun Bakı Dövlət Universiteti yaxınlığında "Meqa-Siti” yaşayış kompleksində ikisi 4, üçüsə 3 otaqdan ibarət 5 mənzili alıb. 
Kompleksdə yerləşən "İdman-sağlamlıq” mərkəzini də bacısı Nəcibənin adına almış və icarəyə verib. Həmin yaşayış Kompleksi ilə üzbəüz son model "Gözəllik Salonu”da Sevindik Hətəmova məxsus obyektlərdən biridir. 

 






Fikirlər