Əli Həsənovun əsərləri Mərkəzi Elmi Kitabxanada

Похожее изображение

 Azərbaycan Respublikası Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi, Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri, Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının "Beynəlxalq münasibətlər və xarici siyasət” kafedrasının müdiri, professor Əli Həsənovun əsərlərindən ibarət disklər AMEA-nın Mərkəzi Elmi Kitabxanasına təqdim edilib.

AMEA-nın Mərkəzi Elmi Kitabxanasından verilən məlumata görə, diskə "Azərbaycan Respublikasının Milli İnkişaf və Təhlükəsizlik siyasəti” (o cümlədən türk və rus dillərində), "Müasir Beynəlxalq Münasibətlər və Azərbaycanın xarici siyasəti” (o cümlədən rus dilində), "Azərbaycanın geosiyasəti” və "Geosiyasət” (o cümlədən türk və rus dillərində) əsərləri daxil edilib.

Digər diskə "Güney Kafkasya, Hazar-Karadeniz Havzaları ve Azerbaycan’ın Jeopolitiği”, "Hazar-Karadeniz Havzalarıyla Güney Kafkasya’ın Jeoekonomik karakteristiğe ve Azerbaycan’ın yeni petrol politikası”, "Güney Kafkasya’ın Askeri-Jeostratejik durumu ve Azerbaycan’ın güvenlik politikası”, "Azərbaycanlılara qarşı etnik təmizləmə və soyqırımı siyasətinin mərhələləri”, "Azərbaycan Respublikasının Milli İnkişaf və Təhlükəsizlik siyasətinin əsasları” və "Xəzər-Qara dəniz hövzəsi və Cənubi Qafqazın geoiqtisadiyyatı: Azərbaycanın enerji siyasəti” əsərləri daxildir.






Fikirlər