Xarici Kəşfiyyat Xidmətinin rəisi DANIŞDI
Azərbaycanın Dövlət Təhlükəsizliyi Xidməti (DTX) ilə Çin Xalq Respublikasının Dövlət Təhlükəsizlik Nazirliyi arasında əməkdaşlıq haqqında Memorandum və Azərbaycanın Xarici Kəşfiyyat Xidməti ilə Çinin Dövlət Təhlükəsizlik Nazirliyi arasında kommunike imzalanıb. DTX-nin İctimai əlaqələr şöbəsindən Modern.az-a verilən məlumata görə, sənədlərin imzalanmasından əvvəl Çin Xalq Respublikası Sədrinin xüsusi nümayəndəsi, Kommunist Partiyası Siyasi Şurasının üzvü, Mərkəzi Komitəsinin siyasi və hüquqi məsələlər komissiyasının katibi - Təhlükəsizlik Şurasının katibi Menq Jianzunun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşdə Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi Mədət Quliyev mərhum prezident Heydər Əliyevin Azərbaycanın müstəqilliyinin qorunması və möhkəmləndirilməsi naminə mühüm fəaliyyəti, ölkəmizdə sabitliyin və təhlükəsizliyin gücləndirilməsi üzrə görülən tədbirlərdən danışıb. Xarici Kəşfiyyat Xidmətinin rəisi Orxan Sultanov təhlükəsizlik məsələləri üzrə əməkdaşlığın daha da yüksəldilməsinin vacibliyini bildirib. Çin Təhlükəsizlik Şurasının katibi M.Jianzu bu səfərin ölkələrimiz arasında tərəfdaşlıq əlaqələrinin daha da inkişafı üçün faydalı olacağına əminliyini ifadə etdi. AzerTaym.az