ANS binadan çıxarılır – Müqavilə uzadılmadı

ans bina cixarilir

Zoologiya İnstitutunun direktoru Elman Yusifov «Amerikanın Səsi»nə bildirib ki, ANS icarə müqaviləsini Əmlak Məsələləri Dövlət Komitəsi ilə bağlayıb.

«Müqavilənin vaxtı bitdiyindən ANS-lə yeni müqavilə bağlanmayıb. Binada ANS-in yerləşdiyi sahələr artıq Zoologiya İnstitutuna qaytarılmasına start verilib. Təhvil-təslim komissiyası fəaliyyət göstərir. Sadəcə ANS-in rəhbərliyi texniki avadanlıqları, maşın və mexanizmləri ərazidən çıxarmaq üçün vaxt verilməsini xahiş edib. Onlar yeni ofis icarəyə götürən kimi avadanlıqların boşaldılmasına başlanılacaq», – o qeyd edib.

Məsələyə, hələlik, ANS rəhbərliyindən münasibət almaq mümkün olmayıb

 






Fikirlər