Deputat rusdilli mətbuata etiraz etdi :“Onlara nə ehtiyac var?”
Deputat Fazil Mustafa parlamentin növbəti plenar iclasında çıxışı zamanı rusdilli media ilə bağlı kəskin narazılığını bildirib. Modern.az-ın xəbərinə görə, o, ilk öncə “MİR” telekompaniyası ilə bağlı iradlarını səsləndirib: “MİR” telekanalı Azərbaycanda da yayımlansa da, bir dəfə də olsun onun efirində bizim ağrılı problemlərimizdən danışılmır. Baxmayaraq ki, kanalı biz maliyyələşdiririk. Bir dəfə olsun ki, orada Qarabağ, Xocalı ilə bağlı süjetlərin getdiyini görmürük. Belə olan halda, onun yayımlanmasına nə ehtiyac var? Eyni zamanda “Bakinski raboçi” qəzeti illərdir Azərabaycanda çap olunur. Hansı ki onun tarixi Çar Rusiyasının dövrünə gedib çıxır. Qəzetin bizimlə heç bir bağlılığı olmayıb. Təsəvvür edin ki, onun iki redaktoru erməni olub. Onlardan biri də xalqımızın qatı düşməni olan Şaumyan olub. İndi biz xalqımızın qatı düşməni olan Şaumyanınmı irsini davam etdiririk? Bu qəzetə dövlət büdcəsindən pul ayrılır. Ona bu qədər pul ayrılmasına nə ehtiyac var?”.