Fazil Mustafa Türkiyəyə buraxılmır? - Deputatdan sərt AÇIQLMA
Türkiyədə baş verən 15 iyul tarixli hərbi çevrilişə cəhdin əks-sədası qonşu ölkələrə də təsirsiz ötüşmədi. Qardaş ölkədə baş verən proseslər həmçinin, Azərbaycana da sıçradı. Söhbət təbii ki, hərbi çevrilişə cəhdin təşkilatçısı hesab edilən “Hizmət” şəbəkəsinin dini lideri Fətüllah Gülən tərəfdarlarının həbsindən, onların cəzalandırılmasından gedir. Sosial şəbəkələrdə bəzi şəxslər tərəfindən fətullahçı, nurçu olmaqda ittiham edilən deputat Fazil Mustafanın son vaxtlar Türkiyəyə buraxılmadığı, onun qardaş ölkəyə girişinə yasaq qoyulduğu haqda xəbərlər yayılıb. Fazil Mustafa bununla bağlı Modern.az-a açıqlamasında sərt tonda danışıb. O deyib ki, belə iddiaların heç bir əsası yoxdur. “Mənim girişimə necə qadağa qoyula bilər?! Mən dövlət çevrilişinə cəhddən sonra Türkiyədə olmuşam. Eyni zamanda mən Türkiyə səfirliyinin tədbirlərində olmuşam. Mənim haqqımda belə cəfəng şeyləri uyduranlar Xomeyni və Fətullahın bic doğulanlarıdır”.