Pənah Hüseyn "Azdırsa, az ye, çoxdursa, çox ye" deyən deputata cavab vermək istəmədi

Картинки по запросу pənah hüseyn

YAP Xətai rayon təşkilatının sədri, deputat Hüseynbala Mirələmov Azərbaycan xalqına böhrandan çıxış yolunu göstərdi: “Ayağını yorğanına görə uzat. Azdırsa, az ye, çoxdursa, çox ye.

Adamlar var ki, ət, balıq, çörək yemir ki, formada qalsın. Demək istəyirəm ki, çox yemək insanı tez qocaldır. Az yemək lazımdır” deyən deputatın bu fikirləri cəmiyyətdə birmənalı qarşılanmayıb. 

Azərbaycan Xalq Partiyasının sədri Pənah Hüseyn Moderator.az-a açıqlamasında deputatın fikirlərini qeyi-ciddi adlandırdı.
 “Hüseynbala Mirələmovun bu fikirləri qeyri-ciddi ifadələrdir. O qədər ciddilikdən uzaq fikirlərdir ki, adam bu haqda heç nə danışmaq istəmir. Buna görə də mən Mirələmovun bu qeyri-ciddi sözləri barədə danışmaq istəmirəm".






Fikirlər