Deputatın və YAP fəalının adı QUMAR biznesi qalmaqalında

arzumanArzuman Muradlı millət vəkili, yazıçı və YAP Xətai rayon təşkilatının sədri Hüseynbala Mirələmovun buyruğunda çalışır və gizli qumar biznesinə “krışalıq” funksiyasını həyata keçirən əsas fiqur məhz tanımış YAP-çı Hüseynbala Mirələmovun özüdür

Veteninfo.az saytından sonra AzMedia.info saytı da Arzuman Muradlı ilə bağlı iddaları araşdırıb.

Son günlər Bakı şəhərindəki qanunsuz qumarxanaların fəaliyyət göstərməsi barədə mediada müxtəlif məlumatlar dərc edilir. Qeyd edək ki, qumar oyunlarının Azərbaycan ərazisində qanunvericiliklə qadağan edilməsi mərhum Prezident Heydər Əliyevin qəranından sonra olub. Həmin vaxtdan qəbul edilən qanunvericiliyə heç bir dəyişiklik və əlavə edilməyib. Yəni qanunsuz mərc oyunları və kazinoların fəaliyyətinin qadağan olunması öz qüvvəsində qalır. Ancaq olduqca böyük qazanc gətirən həmin sahəyə hazırda maraq o qədər atrıb ki, hətta ictimai-siyasi həyatda özünə yer tutmuş bəzi adamların da adları qumar biznesi ilə məşğul olmaqdadırlar. Hər halda mətbuatda yayılan məlumatlarda qumar şəbəkəsinin fəaliyyətində ictimai fəaliyyətləri ilə həmişə cəmiyyətin diqqətində olan şəxslərin adlarının keçməsi iddia oldunur. Bəzi KİV-lərin təqdim etdiyi araşdırmaya görə, Bakının qumar krallarının arasında YAP fəalı Arzuman Muradlı adlı bir şəxsin də adı çəkilirdi.

Araşdırmalardan sonra məlum oldu ki, barəsində söz açılan Arzuman Muradlı hakim Yeni Azərbaycan Partiyasının Səbail rayon təşkilatının rəhbərliyində təmsil olunur. Onun 2005-ci il parlament seçkilərində hakim partiyanın rəsmi irəli sürdüyü namizədlərdən olduğu bildirilir. Arzuman Muradlı həmçinin politoloq olaraq da tanınır. Hər halda hörmətli YAP fəalı bir müddət əvvəl buna cəhd cöstərib.

Hakim Partiyanın tanınmış fərdlərindən birinin adının qumarxana işlətmək iddasında keçməsi təbii ki, özü-özlüyündə ciddi ictimai rezonans doğuran məsələdir. Ən azından hakim partiyanın fəal mənsubunun qadağan olunmuş və əxlaq dəyərlərinə zidd olan biznes sahəsində hallanması ilə istər hakim partiya, isərsə də Arzuman Muradlı ictimaiyyətə açıqlama verməli olduğunu hesab edirik. Lakin Arzuman Muradlının israrla iddalara qarşı susqunluq nümayiş etdirməsi iddaların doğruluğuna da şübhə artırır.

Veteninfo.az saytından sonra AzMedia.info saytı da Arzuman Muradlı ilə bağlı iddaları araşdırıb. Araşdırmamız nəticəsində məlum olub ki, Arzuman Muradlı şəhərin bir neçə yerində özünə və yaxın adamlarına məxsus olan bəzi obyektlərini qumarxanalar üçün icarəyə verib və bunun müqabilində adi kirayədən bir neçə dəfə artıq pul alır.

AzMedia.info-nu məlumatlandıran mənbə həmçinin onu da bildirib ki, Arzuman Muradlı bəzi əlaqələrindən istifadə edərək gizli qumar biznesinə “krışalıq” funksiyasını da həyata keçirir. Lakin bu sahədə, gizli qumar biznesinin himayəsi məsələsində Arzuman Muradlı heç də tək çıxış etmir. Gizli qumar biznesindən baş verənlərdən kifayət qədər məlumatlı olan mənbə AzMedia.info-ya bildirib ki, Arzuman Muradlı millət vəkili, yazıçı və YAP Xətai rayon təşkilatının sədri Hüseynbala Mirələmovun buyruğunda çalışır və gizli qumar biznesinə “krışalıq” funksiyasını həyata keçirən əsas fiqur məhz tanımış YAP-çı Hüseynbala Mirələmovun özüdür. Hətta hazırda Arzuman Muradlı tərəfindən qumarxanalara icarəyə verilən obyektlərin bəziləri qeyri-rəsmi olsa da, Hüseynbala Mirələmova məxsus olduğu iddia olunur. Deputata məsxus olan və adı bir çox kriminal “razborkaların” keçirildiyi məkan kimi hallanan “1001 GECƏ” restoranının da Arzuman Muradlı tərəfindən idarə edildiyi isə heç kimə sirr deyil.

Yazıda adları çəkilən hər bir şəxsin mövqeyinə yer verməyə hazırıq.

AzerTaym.az






Fikirlər