Azərbaycan Tibb Universitetinin təşkilatçılığı ilə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin vəfatının on üçüncü ildönümü ilə əlaqədar Universitetdə təhsil alan xarici tələbələr üçün Heydər Əliyev Mərkəzinə ziyərət təşkil edilib.
Təşkil edilmiş ziyarətdə Universitetin xarici tələbələrlə iş üzrə dekanlığının rəhbərliyi də iştirak edib.
Ziyarət çərçivəsində iştirakçılara Mərkəz haqqında ətraflı məlumat verilmiş, onlar Heydər Əliyev Mərkəzini və burada yerləşən Heydər Əliyev Muzeyini ziyarət etmiş, həmçinin ulu öndərin zəngin və mənalı ömür yolunu əks etdirən eksponatlarla, siyasi irsini təbliğ edən əyani vəsaitlərlə tanış olublar.
Ziyarətin sonunda xatirə şəkili çəkdirilib.
AzerTaym.az
|