Qərb Universitetində “Öz Biznesinə Başla!” adlı ikinci seminar keçirilib

“Qərb Universitetində “Öz Biznesinə Başla!” adlı ikinci seminar keçirilib

Qərb Universitetində “Öz Biznesinə Başla!” adlı ikinci seminar keçirilib.

Youth Inc."Gənclərin Sahibkarlıq Proqramı" çərçivəsində Qərb Universitetinin qonağı olan multipleyerlər 50 nəfərlik auditoriya qarşısında çıxış ediblər.

Birinci seminardan fəqrli olaraq, bu dəfə 1 deyil, 7 multipleyer şəxsi təcrübələrini tələbələrlə bölüşüblər. 3 saata yaxın davam edən seminarda "biznesdə investisiya", "riskgötürmə bacarığı", "biznesdə komandanın vacibliyi", "problemlərə pozitiv yanaşma", "lider yoxsa menecer" və s. mövzular üzrə müzakirələr aparılıb, auditoriyanın çoxsaylı sualları cavablandırılıb.

Gənclər yerli və beynəlxalq sahibkarların uğur hekayələrini dinləməklə yanaşı, multipleyerlərin əldə etdikləri şəxsi təcrübələrini də öyrəniblər.

Azərbaycanda 2013-cü ilin yanvar ayından uğurla həyata keçirilən "Youth Inc." “Gənclərin Sahibkarlıq Proqramı” uzunmüddətli gənclər proqramıdır.

"Youth Inc." Proqramının illər ərzində göstərdiyi aktiv fəaliyyət nəticəsində 15 müxtəlif biznes layihə həyata keçirilib, 25 startap dəstəklənib və 7000-ə yaxın gənc əhatə olunub.

"Youth Inc.” Proqramının məqsədi Azərbaycanda gənc sahibkarlıq anlayışının inkişafı, gənclərin biznes haqqında məlumatlılığının artırılması və gənclərə öz bizneslərini yaratmaqda dəstək olmaqdır.

Qərb Universitetində “Öz Biznesinə Başla!” adlı ikinci seminar keçirilib
Qərb Universitetində “Öz Biznesinə Başla!” adlı ikinci seminar keçirilib

AzerTaym.az






Fikirlər