Qerb Universiteti- Press-reliz

Картинки по запросу Qerb Universiteti

Gender bərabərliyi özü-özlüyündə bir məqsəd olmasından əlavə, həm də yoxsulluğun azaldılması, davamlı inkişafın təmin olunması və səmərəli idarəçiliyin qurulması üçün zəruri olan şərtdir.

(Kofi Annan, BMT keçmiş baş katibi).

27 Dekabr 2016-cı il tarixində saat 14:00-da Gənclər və İdman Nazirliyi və Qərb universitetinin birgə təşkilatçılığı ilə “Gender bərəbərliyi gənclərin təqdimatında”adlı tədbir keçiriləcək.

Tədbirdə Gənclər və İdman Nazirliyinin nümayəndələri və Qərb Universitetinin professor-müəllim və tələbə və gənclər təşkilatları heyəti iştirak edəcəkdir.

 Panel içtirakçılarının aşağıdakı mövzularda təqdimatları nümayiş olunacaqdır:

 1) Xəyalə Məmmədova -BMT Beynəlxalq Saziş layihələri Azrəbaycan üzrə əlaqələndirici şəxs, Xəzər universiteti humanitar və sosil elmlər kafedrası, direktor müavini - “İnsan inkişafı konsepsiyası və gender bərabərliyinin təminində dövlət siyasətinin əsas istiqamətləri”

2) Elmira Hacıyeva -Qərb universiteti, Hüquq və humanitar fənlər kafedrasının dosenti - “Gender mədəniyyətinin formalaşmasına müxtəlif faktorların təsiri”

3) Aysun Zeynalova – NAYORA, “Nifrət nitqinə yox” hərəkatının Azərbaycandakı fəaliyyəti”

4) İrem Şeyma Özdemir -Qərb universiteti, magistrant - “Türkiyə cəmiyyətində, gender və qadın məsələləri”

Konfransda tələbələr forum teatr üslubunda “Gənc ailələrdə gender problemləri: Selektiv abort” və “Azərbaycan ailəsində gender istiqamətinin xüsusiyyətləri: Xaricdə təhsil və qızlar” mövzusunda təqdimatlar edəcək və bu mövzular ətrafında müzakirələr aparılacaqdır.

Bu tədbirin işıqlandırılmasında köməklik göstərməyinizi Sizdən xahiş edirik.

Əvvəlcədən minnətdarlığımızı bildiririk.

Ünvan: Qərb Universiteti, İstiqlaliyyət küçəsi 27.

  Hörmətlə,

Qərb Universiteti Təşkilat Komitəsi

AzerTaym.az

 

 

 

 

 






Fikirlər