Nazir milyonluq obyekti sökən rəisi İŞDƏN QOVDU
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Quba rayon Meşə Mühafizəsi və Bərpası Müəssisəsinə yeni rəis təyin olunub. Bakipost.az xəbər verir ki, nazir Hüseynqulu Bağırovun müvafiq əmri ilə bu vəzifəyə nazirliyin əməkdaşı Bakir Qurbanov gətirilib. Faktı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova təsdiqləyib. Bildirib ki, B. Qurbanov artıq vəzifəzinin icrasına başlayıb. Məlumat üçün bildirək ki, Quba rayon Meşə Mühafizəsi və Bərpası Müəssisəsinin sabiq rəisi Mustafa Əhmədov 2016-cı ilin sonlarında vəzifəsindən azad edilib. Onun işdən çıxarılması H. Bağırovun əmri ilə Quba rayonunun meşə fondu torpaqlarındakı, xalası oğlu Abbas Zeynalova məxsus "Orman” adlanan ictimai iaşə obyektinin sökülməsi ilə bağlı məsələlərin mətbuata çıxarılmasından sonra baş verib. Dəyəri yarım milyon olan obyekt məhkəmə qərarı olmadan dağıdılıb. Bununla bağlı zərərçəkənin iddiası Sumqayıt Apelyasiya Məhkəməsində təmin edilib.