Bakıda ili 8 min AZN olan məktəbdə biabırçılıq: dispensirə suyu "şlanq"la DOLDURULUR

Bakıda ili 8 min AZN olan məktəbdə biabırçılıq: dispensirə suyu "şlanq"la doldururlar

Bakıda özəl məktəbdə xoşagəlməz hadisə baş verib.

Baku.ws-in redaksiyasına müraciət edən oxuculardan biri bildirir ki, Xəzər Universiteti "Dünya məktəbi"ndə uşaqlar üçün istifadəyə verilən dispensirə suyu binanın qarajında "şlanq"dan doldururlar. Bu məktəbdə illik orta hesabla hər uşaq üçün 8 min xərc tələb olunur. Əlavə xərclərlə birlikdə ödəniş 10 min manata çatır.

Maraqlısı ondadır ki, kifayət qədər ödəniş edilsə də uşaqların istifadə etdiyi dispensir disterilizə edilməmiş su ilə doldurulur. Bu hal bir neçə dəfə təkrar olunub və şagirdlərdən birinin valideyni həmin hadisənin görüntüsünü də çəkə bilib.

Valideynlər məktəb rəhbərliyinə müraciət edərək bu vəziyyət barədə açıqlama tələb edib. Faktı təsdiq edən məktəb rəhbərliyi bildirib ki, suyun təmizlənməsi üçün xüsusi filtirlərdən istifadə olunur. İldə şagirdlərə təhsil verməklə minlərlə manat qazanc əldə edən məktəb bu cür "qənaətlə" uşaqların həyatını təhlükə altına atır.

 AzerTaym.az


Bakıda ili 8 min AZN olan məktəbdə biabırçılıq: dispensirə suyu "şlanq"la doldururlar

 






Fikirlər