ƏSGƏRİMİZİN MEYİTİNİ NECƏ QAYTARAQ? - DEPUTAT YOLUNU GÖSTƏRDİ

"Azərbaycan 1 yox, 2 erməni əsgərini gətirib, əsgərimizin meyiti ilə dəyişməlidir”.

Bu sözləri Sherg.az-a Azərbaycan əsgəri Çingiz Salman oğlu Qurbanovun meyitinin qaytarılmamasına münasibət bildirərkən millət vəkili Aqil Abbas deyib. 
Deputat bildirib ki, əsgərimizin meyitinin qaytarılması başqa yolla mümkün deyil:
"Biz erməniyə yalvarmalıyıq ki, əsgərimizin meyitini qaytarsın? Azərbaycanın güclü ordusu var, bir əsgərimizin meyitini aparıblarsa, Silahlı Qüvvələrimiz onların iki əsgərini götürüb, gətirməlidir”.
Qeyd edək ki, 2016-cı il dekabrın 29-da səhər saatlarında Ermənistan Silahlı Qüvvələrinin kəşfiyyat qrupu Azərbaycan-Ermənistan dövlət sərhədini pozmağa cəhd göstərərkən bölmələrimizin pusqusuna düşüb. Hadisə nəticəsində Silahlı Qüvvələrimizin hərbi qulluqçusu əsgər Qurbanov Çingiz Salman oğlu itkin düşüb. Sonradan məlum olub ki, onun meyiti qarşı tərəfdədir.
Müdafiə Nazirliyi əsgər Qurbanov Çingiz Salman oğlunun meyitinin geri qaytarılması ilə bağlı BQXK-nin Azərbaycan nümayəndəliyinə, ATƏT-in Minsk Qrupuna, o cümlədən ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşikə rəsmi qaydada müraciət edib.
AzerTaym.az






Fikirlər