Azərbaycan Təhsil Şurasının sədrindən qalmaqallı TƏKLİF: “Testin ləğvi cəmiyyətə fayda VERƏCƏK”
Uzun illərdir ki, Azərbaycanın təhsil sistemində test üsulunun tətbiqi davam edir. 1992-ci illərdə təhsil sistemi üçün belə bir yeniliyin ortaya atılması qənaətbəxş idi. Xüsusilə, təhsildə rüşvətin ayaq açmasını əməlli-başlı əngəlləyən bu üsul, neçə-neçə imkansız ailələrin çırağına çevrildi. Bilik və bacarıqlarımızı şəffaf qaydada ortaya qoymaqla, ali təhsil ocaqlarında oxumaq şansına sahibləndik. İllərdir, təhsil sistemimizin baş guşəsində qərarlaşan test üsulu deyəsən, yavaş-yavaş son dayanacağa yaxınlaşır. İndi bəzi ekspertlər iddia edirlər ki, test üsulunun tətbiqi nəticəsində cəmiyyət üçün kasad təfəkkürlü mütəxəssislər yetişdiririk. Deyir lər ki, bir növ cəmiyyətə açıq təfəkkürlü yanaşma sərgiləyə bilmirik. Hətta testin ləğvini gündəmə gətirirlər... O zaman test üsulunun ləğvi cəmiyyətə nə verəcək? Cəmiyyət testsiz təhsili qəbul edə biləcəkmi? Təhsil üzrə ekspert, Azərbaycan Təhsil Şurasının sədri Əjdər Ağayev Modern.az-a açıqlamasında deyib ki, belə bir halın baş verməsi müsbət nəticə verəcək. “Şifahi, yazılı, sonra test olsun” Həmçinin, testin ləğv olunması cəmiyyətimizə fayda verəcək. Əslində, cəmiyyətə insanlar fayda verir. Test ləğv olunarsa, insanların dünyagörüşü artacaq”. Ekspert Azərbaycanda test üsuluna keçilmənin ilkin səbəblərini belə izah edib. “Azərbaycanda test üslulunun aktuallaşmasının səbəbləri var. İlk vaxtlarda ölkədə sosial münasibətlərdə aşkarlıq lazımi səviyyədə deyildi. Eyni zamanda, indi də inam yoxdur ki, şifahi imtahan götürülərsə, ona qiymət veriləcəkmi? Amma test üsulunda işə obyektiv qiymət verilir. Sadəcə, 1990-cı illər qarışıq dövr idi. İndiki situasiyada, o dövrdən çıxmaq üçün addım atmaq lazımdır. Yazılı və şifahi imtahana keçilməklə insanlarda əməli fəaliyyətdə aşkarlığı, ədaləti, obyektivliyi bərqərar etmək üçün çalışmaq lazımdır. Yenə də kimsə test üsulunun olmamasından istifadə edib, subyektiv münasibət göstərəcəksə və qiymətləndirmədə kiminsə sifarişini yerinə yetirəcəksə, bu, əlbəttə, təhsil sisteminə ziyan gətirə bilər. İmtahanda ədalət və obyektivlik paralel getməlidir. Testin meydana gəlməsi ilk dəfə uşaqların psixoloji proseslərini, temperamentlərini, maraqlarını, diqqətlərini öyrənməklə əlaqədar olub. O zaman test müəyyən əhəmiyyət daşıyıb. Hər işin inkişafı və mərhələləri var. Əgər o zaman bu qədər texnoloji imkan yox idi. Sözə, açıq mühazirələrə üstünlük verilirdi. Ədəbiyyat imkanları lazımi səviyyədə deyildi. Uşaqlar əsasən müəllimin mühazirələrindən, orta məktəb dərsliklərindən məlumat əldə edirdilər. Zaman keçdi və artıq 21-ci əsrdir. Biz də elmin, təhsilin sərhədlərini götürdük. Dünyaya çıxışımız və internet imkanlarımız genişləndi”. Əjdər Ağayevin sözlərinə görə, test yazılı və şifahi nitqi zəiflədir. “Dünyada terrorizm baş alıb gedir. Əlaqələr dəyişikliyə uğramaqdadır. Bütün məsələləri öyrənməyə test üsulu artıq imkan vermir. Məhduddur. Onun üçün əsərlər oxumaq lazımdır. Böyük hadisələrlə, şəxsiyyətlərin həyatı ilə yaxından tanış olmaq lazımdır. Problemlərin səbəbini öyrənmək və nə üçün bu hadisələrin baş verdiyini analiz etmək lazımdır. Bunun hüquqi, iqtisadi əsası nədir?! Bunları bilmək lazımdır. Artıq həyat və baş verən proseslər onu göstərir ki, test bu gün üçün yaramır. Testin digər mənfi tərəfi də ondan ibarətdir ki, 20 illik təcrübə onu göstərdi ki, test üsulu ilə aparılan imtahanlar uşaqların yazılı və şifahi nitqini zəiflədir. Ədəbiyyatı, mədəniyyəti, mətbuatı tanımır. Sadəcə olaraq, bir problem üzrə hazırlaşıb onunla da imtahandan keçir. Amma vətəndaş mövqeyi, hazırlığı yoxdur. Ona görə də testin ləğvi bizim zərərimizə deyil, faydamıza xidmət edəcək” .
“Düşünürəm ki, tədricən test üsulundən uzaqlaşmağı çox doğru edirlər. Şifahi imtahanlar, açıq testlər qoyurlar. Təbii ki, bunun daha da genişlənməsini istərdim. İnsan danışa-danışa düşünsün və özünü dərk etsin. Bu, çox yaxşıdır. Eyni zamanda, təfəkkürün inkişafı nitqlə bağlıdır, testlə yox. Buna görə də düşünürəm ki, testlər 3-cü bir amil olaraq tətbiq edilməlidir. Demirəm, tamamilə yığışdırılsın. Arada yaddaşı yoxlamaq üçün də lazımdır. Düşünürəm ki, öncə şifahi, sonra yazılı, daha sonra isə test olsun. Beləliklə, bu iş yoluna qoyulsun. Bu sistem 10 ildən artıqdır, Estoniyada və digər ölkələrdə tətbiq olunur.
Test, qarışıq dövrdə yaranıb
“Test, bu gün üçün yaramır”