"Rolls Royce" Azərbaycanda hökumət nümayəndələrinə rüşvət verib - 800 milyon cərimə OLUNDU

ABŞ Ədliyyə Nazirliyi, İngilis avtomobil istehsalçısı "Rolls Royce" xarici hökumət nümayəndələrinə rüşvət verdiyi səbəbiylə üç ölkəyə 800 milyon dollar cərimə ödəyəcəyini açıqlayıb.
 
Avtomobil şirkəti 605 milyon dollar İngiltərəyə, 170 milyon dollar ABŞ-a və 25 milyon dollar Braziliyaya cərimə ödəyəcək. Adı keçən üç ölkənin korrupsiya ilə mübarizə aparan əməkdaşlarının həyata keçirtdikləri istintaq daxilində, şirkət 2000-2013 dövründə xarici hökumət səlahiyyətlilərinə tenderlərdə qalib gəlmək üçün 35 milyon dollar rüşvət verdiyi ortaya çıxıb.
"Rolls Royce" şirkəti artıq onlara qarşı çıxarılan ittihamları qəbul eedib. Məlum olub ki, Çin, Tayland, Braziliya, Hindistan, Rusiya, Qazaxıstan, Azərbaycan, Anqola, Malayziya, Nigeriya və İraqlı hökumət nümayəndələri şirkətdən rüşvət aldığı qeyd edilib.






Fikirlər