Qərb Universitetinin professor-müəllim heyəti və tələbələri Şəhidlər Xiyabanını ziyarət ETDİ
Qərb Universitetində 20 yanvar faciəsinə həsr olunmuş tədbir keçirilmişdir. Tədbirin keçirilməsində əsas məqsəd 20 yanvar şəhidlərini yad etmək, bu faciənin Azərbaycanın suverenliyi, istiqlaliyyəti və ərazi bütövlüyü uğrunda mübarizənin rəmzi kimi gənclərimizə örnək göstərməkdir. 20 yanvar şəhidlərinin əziz xatirəsinin 1 dəqiqəlik sükutla anılması ilə başlanan tədbirin açılışını edən Qərb Universitetinin "Politologiya və beynəlxalq münasibətlər” kafedrasının müdiri, tarix üzrə fəlsəfə doktoru Cəbi Bəhramov 20 yanvar 1990-cı ildə baş verən hadisələr haqqında ətraflı məlumat vermiş, həmin günlə bağlı müxtəlif bilgiləri bölüşmüş, "Qanlı Yanvar" şəhidlərinin xatirələrinin unudulmayacağını, daim yaddaşlarda əbədi mərd, igid və vətənpərvər ruhda qalacaqlarını vurğulamışdır. Daha sonra universitetin tələbələri məqalələrlə çıxış etmiş və 20 yanvar hadisələrini əks etdirən video süjet nümayiş olunmuşdur.AzerTaym.az