Kənd Təsərrüfatı Nazirliyi yeni qanun HAZIRLAYIR
"Kənd təsərrüfatında sığortanın stimullaşdırılması haqqında” qanun layihəsi hazırlanır. Qanun layihəsi barədə məlumat verən Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov deyib ki, qanun hazırda Kənd Təsərrüfatı Nazirliyi tərəfindən hazırlanır. Və onun may ayında müzakirəyə çıxarılması nəzərdə tutulur. Deputat qeyd edib ki, hazırda kənd təsərrüfatının sığortalanması ilə bağlı mövcud qanun günün tələbələrinə cavab vermədiyindən işləmir. "Ona görə də bu sahədə sığorta sisteminin tətbiqi üçün müasir dövrün tələblərinə cavab verən yeni qanuna ehtiyac var. Odur ki, hazırda qanun layihəsi üzərində iş gedir və bu layihə may ayınadək hazır olacaq”. AzerTaym.az