Kənd Təsərrüfatı Nazirliyi "Feysbuk"a gəldi
Kənd Təsərrüfatı Nazirliyinin Facebook sosial şəbəkəsində rəsmi səhifəsi açılıb. www.facebook.com/agro.gov.az səhifəsi kənd təsərrüfatı ilə bağlı məlumatları, yenilikləri yaymaqla yanaşı, ictimaiyyətlə qarşılıqlı əlaqəni təmin etmək məqsədi daşıyır. Kənd təsərrüfatı ilə məşğul olanlar və məşğul olmaq istəyənlər, kənd təsərrüfatı məhsulları istehlakçıları bu səhifədən öz suallarını Nazirliyə göndərib bu səhifədə operativ cavab ala bilərlər. Məlumat AzerTaym.az saytına nazirliyin ictimai əlaqələr departamentindən verilib.