Abel Məhərrəmov jurnalistika fakültəsinin imtahandan kəsilən tələbələri ilə GÖRÜŞÜB

Abel_maqeramovv

Bakı Dövlət Universitetinin rektoru, akademik Abel Məhərrəmov jurnalistika fakültəsinin tələbələrini qəbul edib.

Bu barədə APA-ya açıqlamasında BDU Jurnalistika fakültəsinin dekanı, professor Cahangir Məmmədli məlumat verib.

Onun sözlərinə görə, qəbulda fakültənin 13 tələbəsi iştirak edib: “İmtahandan kəsilən tələbələr politologiya fənnindən qiymət ala bilməyiblər. Universitetin rektoru Abel müəllim onları qəbul etdi və tələbələrin imtahana zəif hazırlaşdığı məlum oldu. Bunlarla belə, rektor tələbələrə böyük qayğı ilə yanaşdı. Politologiya kafedrasının müdirinə tapşırdı ki, onlara iki günlük yenidən dərs keçirilsin ki, sualları yaxşı aydınlaşdırsınlar”.

C. Məmmədli əlavə edib ki, fevralın 3-də imtahandan kəsilən tələbələr yenidən imtahan verəcəklər.

Qeyd edək ki, bir neçə gün əvvəl Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin dekan müavini Aytəkin Zeynalovanın tələbələrə ünvanladığı təhdid mesajının səs yazısının yayılmasından sonra 13 tələbə imtahandan kəsilib. İddia olunurdu ki, tələbələr sözügedən fakta görə qəsdən imtahandan kəsilib.






Fikirlər