Bəxtiyar Sadıqov Əflatun Amaşovun təklifini DƏSTƏKLƏDİ

Картинки по запросу bəxtiyar sadıqov

Bir müddət öncə Mətbuat Şurasının sədri, Milli Məclisin deputatı Əflatun Amaşov  “Kütləvi İnformasiya haqqında” qanuna dəyişiklik edilməsi ilə bağlı təklif irəli sürüb. O bildirib ki, elektron KİV-lər də  “Kütləvi İnformasiya haqqında” qanuna əlavə olunsun.

Məsələ ilə bağlı “Azərbaycan” qəzetinin baş redaktoru, Milli Məclisin deputatı Bəxtiyar Sadıqov Modern.az-a açıqlama verib.

Bəxtiyar Sadıqov da elektron KİV-lərin qanunla tənzimlənməsinə ciddi ehtiyacın olduğunu bildirib.

“ Elektron KİV-lərin hansı səlahiyyətlərə sahib olmasını, fəaliyyətlərinin prinsiplərini dəqiqləşdirmək çox yaxşı olardı. Digər tərəfdən qanunla tənzimlənən KİV-lərin özləri üçün də müəyyən imtiyazlar olur. Məsələn, Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu (KİVDF) yaradıldı və bu əsasla KİV-lərin çoxu qrantlı layihələrdə iştirak edir. Bu da böyük maddi köməkdir. Əgər elektron KİV-lər haqqında da bu cür qanunlar qəbul olunsa, orada iştirak etməklə öz maddi durumlarını, həmin yerdə çalışan insanların sosial rifahı bir qədər də yaxşılaşar”.

Baş redaktor  “Kütləvi İnformasiya haqqında” qanuna dəyişikliklərdə sırf jurnalistika təhsili olan şəxslərin jurnalist kimi fəaliyyət göstərməsinə icazə veriləcəyinin nəzərdə tutulduğu barədə yayılan fikirlərə də cavab verib.

“Belə söhbət yoxdur. Şayiə həmişə var. Bu barədə bir neçə il əvvəl söhbət getdi. Yeganə bizim nail olduğumuz isə o oldu ki, heç olmasa redaktorlar ali təhsilli olsun. Orada qəbul olunmadı ki, redaktorların hökmən jurnalistika təhsili olsun. Biz bunun üstündə təkidlə dayandıq ki, heç olmasa, ali təhsilli olsun. Redaktorun ali təhsilli olması media orqanının səviyyəsinə və Azərbaycan dilinin qorunmasına da təsir göstərir. Həm də orada çalışan jurnalistlər üçün də yaxşıdır. Təsəvvür edin ki, bir neçə ali təhsilli insan bir orta təhsilli redaktorun əlinin altında işləyir. Amma bu şəkildə məlumatın yayılmasının isə heç bir əsası yoxdur”.






Fikirlər