Nazirliklər ləğv ediləcək, bəzi QURUMLAR İSƏ...

Struktur islahatları çərçivəsində müəyyən nazirliklər ləğv ediləcək, bəzi komitələr isə birləşəcək.

Bu sözləri açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov deyib. Millət vəkili hazırda islahatların prezident tərəfindən təsdiq olunan yol xəritəsinə uyğun aparıldığını və buna görə də indidən konkret ad çəkməyin tərəfdarı olmadığını bildirib:

Struktur isalahatları davam edəcək. Ancaq daha hansı qurumlar ləğv olunacaq və birləşəcək, bu, artıq ölkə başçısının səlahiyyətində olan məsələdir. Bu proses birdən-birə olmur, əvvəlcə nazirliklərin iş rejimləri yoxlanılır, ən sonda isə bu qurumların bir-birinə uyğunluğu nəzərdən keçirilir. Hesab edirəm ki, struktur islahatları çərçivəsində müəyyən nazirliklər ləğv ediləcək, bəzi komitələr isə birləşəcək”.

Qeyd edək ki, Prezident İlham Əliyevin Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin yaradılması haqqında imzaladığı sərəncamla Azərbaycanda 2 nazirlik birləşdirilib. Sərəncama uyğun olaraq yeni nazirliyə Ramin Namiq oğlu Quluzadə nazir təyin edilib.






Fikirlər