"Növbədə digər vitse-prezident TƏYİNATLARIDIR..."

Картинки по запросу vahid əhmədov

Xəbər verdiyimiz kimi, Mehriban Əliyeva Azərbaycanın birinci vitse-prezidenti təyin edilib.

Moderator.az bu təyinatla bağlı millət vəkili Vahid Əhmədovun münasibəti öyrənib. 
Vahid Əhmədov ölkə başçısının bu sərəncamını yüksək qiymətləndirdiyini bildirib:
Prezident İlham Əliyevin bu sərəncamını çox yüksək qiymətləndirirəm. Çünki Mehriban xanım Əliyeva istər Azərbaycan ictimai-siyasi həyatında, istərsə də xaricdə kifayət qədər tanınmış bir siyasətçidir, kifayət qədər təcrübəli şəxsdir. Azərbaycanın daxili və xarici siyasətini dünyada tanıtdıran, təbliğ edən millət vəkilidir. Onun Birinci vitse-prezident təyin olunması Azərbaycanın ictimai-siyasi həyatında da çox önəmli bir hadisədir. Hesab edirəm ki, Azərbaycan dövlət başçısına həm yaxından kömək edəcək, həm də Azərbaycanın daxili və xarici siyasətinin inkişaf etdirilməsində yardımçı olacaq. 
Bundan sonra Azərbaycanda ümumiyyətlə vitse-prezident institutunun təyin edilməsi davam etdiriləcək və digər vitse-prezidentlər də təyin olunacaq. Və bu institut Azərbaycanda yeni bir sistemin, idarəetmə strukturunun bərpasını nəzərdən keçirir”.
AzerTaym.az

 






Fikirlər