“Martın əvvəllərində ərzaqlar sürətlə BAHALAŞACAQ”

Картинки по запросу ərzaqlar sürətlə bahalaşacaq” 

"Novruz bayramına yaxın, yəni qiymətlərin bundan sonra da ərzaq məhsullarının qiymətinin sürətlə artımının şahidi olacağıq”.

Bu sözləri açıqlamasında iqtisadçı Natiq Cəfərli deyib.

 İqtisadçı bildirib ki, qiymətlərin artırılmasının bir neçə səbəbi var: "Öncə bu, mövsümlə bağlıdır. Azərbaycanda yerli məhsulların qıtlığı, azalması müşahidə olunur. Çünki onları saxlamaq üçün Azərbaycanda ciddi şəkildə infrastruktur yoxdur. Ona görə də bir çox hallarda xaricdən gətirilən məhsullar üstünlük təşkil edir. Bu da valyuta məzənnəsinə görə qiymətlərin artımına səbəb olur. Yəni burada mövsümi xarakterli artım da var.

 Bayramlardan öncə həmişə Azərbaycanda qiymətlərdə ciddi artım olur. Əsasən də Novruz bayramı ərəfəsində bu artım müşahidə olunur. Digər ölkələrdə isə bayramlarda həmişə endirim kampaniyalarını, qiymətlərin aşağı salınmasını görürük. Təəssüf ki, Azərbaycanda bu proses tərsinə baş verir. Endirim, məhsul bolluğu olmaqdansa, qiymətlərin artımına üstünlük verilir. Bu bayram da həmişəki qaydada olacaq. Çox güman ki, bayram yaxınlaşdıqca qiymətlərin sürətlə artımını görəcəyik”.

 Natiq Cəfərli bildirib ki, əsasən sürətli qiymət artımı mart ayının əvvəllərində baş verəcək: "Ehtimal var ki, manatın zəifləməsi yaxın həftələrdə sürətlə artsın. Bu üst-üstdə düşsə həm bayramın, həm tələbatın artması, həm də yerli məhsulların mövsümi amillərdən irəli gələrək artıq bazardan çəkilməsi effekti mart ayının əvvəllərində, bayrama yaxın qiymətlərin daha sürətlə artmasına səbəb olacaq”.

 






Fikirlər