Daha bir TV bağlanacaq – MTRŞ sədrindən ANONS
Hesab edirəm ki, Azərbaycanda televiziya kanallarının sayı kifayət qədərdir. Hətta deyərdim ki, artıqdır. AzerTaym.az bu sözləri Milli Televiziya və Radio Şurasının sədri Nuşirəvan Məhərrəmli Unikal.org-a ötən gün verdiyi geniş müsahibədə deyib. MTRŞ sədri bildirib ki, televiziyaların sayını reklam bazarında olan vəziyyəti müəyyən qədər düzəltmək üçün azaltmaq lazımdır. N.Məhərrəmli TV-lərdən gözləntilərini də deyib: “Verilişlərin keyfiyyəti ilə bağlı gözləntilərimiz var. Arzu edərdik ki, efirdə şou xarakterli verilişlərin sayı azaldılsın, intellektual verilişlərin sayı artsın. İstərdik televiziyalarda Azərbaycanın milli mənəvi dəyərlərinə uyğun, tarix və ədəbiyyatla bağlı verilişlərin sayı çox olsun. Efir jurnalistlərinin peşəkarlıq səviyyəsinin artması çox yaxşı olardı. Arzu edərdik, reklam bazarında canlanma olsun ki, televiziyalar oradan bəhrələnərək verilişlərin keyfiyyətini artırsınlar”.