"İNDİKİ ŞƏRAİTDƏ BÜTÜN İNFORMASİYA NAZİRLİKDƏ CƏMLƏŞİB" - ƏFLATUN AMAŞOV

Картинки по запросу İNDİKİ ŞƏRAİTDƏ BÜTÜN İNFORMASİYA NAZİRLİKDƏ CƏMLƏŞİB - ƏFLATUN AMAŞOV

"Mətbuat və ictimaiyyət cəbhədə baş verən hadisələrə soyuqqanlı yanaşmalıdır”.

Bunu Sherg.az-a cəbhədəki gərgin vəziyyətlə bağlı Azərbaycan mətbuatı necə davarnmalıdır?"
sualını cavablandırarkən Azərbaycan Mətbuat Şurasının sədri, millət vəkili Əflatun Amaşov deyib. 
Deputat bildirib ki, məlumatları yalnız əlaqədar qurumun – Müdafiə Nazirliyinin mətbuat xidməti ilə dəqiqləşdirmək lazımdır:
"Ola bilsin ki, bəzi şəxslər cəbhəyanı ərazilərdə yaşayan insanlar adından yanlış məlumatlar yaysın. Xarici mətbuata istinadla yanlış məlumatlar ictimaiyyətə çatdırıla bilər. Bəzən azərbaycanlılar adından tək xaricdə deyil, elə Azərbaycanın özündə də sosial şəbəkələrdə müxtəlif informasiyalar yerləşdirilir. İndiki şəraitdə bütün informasiya Müdafiə Nazirliyində cəmləşib. Yalnız nazirliyin yaydığı məlumatlar ictimaiyyətə çatdırılmalıdır. Başqa mənbələrdən əldə edilən informasiyalar Müdafiə Nazirliyi ilə razılaşdırılaraq yayılmalıdır. Soyuqqanlı olmaq, həqiqi mənbələrə istinad etmək və yayılan məlumatların dəqiqliyini yoxlamaq şərtdir. Cəbhə bölgəsində Azərbaycan əsgərinin həyata keçirdiyi əməliyyatları media dəqiqliyi ilə əks etdirməlidir”.
Ə. Amaşov onu da əlavə edib ki, xarici mətbuatda və ermənilərin saytlarında təxribat xarakterli məlumatlar yayılır:
"Hətta Azərbaycan dilində dünya ictimaiyyətinə təxribat xarakterli məlumatları ötürürlər. Bunun vasitəsilə Azərbaycan xalqına təsir etməyə çalışırlar. Jurnalistlər tərəfindən şəxsən mənə zənglər olunur, onlar məlumatları vaxtında əldə edə bilmədiklərini deyirlər. Mətbuat Şurasının sədri olaraq əlaqədar qurumlarla bu barədə söhbət edəcəm ki, necə edək ki, informasiya savaşında uduzmayaq.  Bütün bu məsələlərdə ilk növbədə daha dəqiq məlumatların insanlara çatdırılması önəmlidir”.






Fikirlər