- “XƏBƏRİ VAXTINDA YAYMAQ LAZIM İDİ” Əflatun Amaşovdan etiraz

Əflatun Amaşov Mətbuat Şurasından gedir?

“Günəşli” yatağında baş verən yanğın və neftçilərimizin faciəli şəkildə həlak olması Azərbaycanla yanaşı bütün dünya mediasının da diqqət mərkəzindədərir.Çox təəssüf ki, hadisə baş verən gün ictimayyət və media məlumatsız qaldı. Ölkə mediası məlumatı yalnız xarici KİV-lərdən əldə etdi və xarici KİV-lərə istinadən məlumatlar yaydı. Bu isə vətəndaşların ciddi narazılığına səbəb olub. Sosial şəbəkələrdə hadisə ilə bağlı əhaliyə operativ məlumat verə bilmədiyi üçün ölkə mediası və jurnalistlər ciddi tənqid atəşinə tutulublar.

 "AzerTaym.az" xəbər verir ki, bununla bağlı Mətbuat Şurasının sədri, millət vəkili Əflatun Amaşov Ölkə.Az-a açıqlama verib. "Hadisələrin xarici mətbuat vasitələrində getməsi kifayət qədər yaxşı hal deyil. İstər-istəməz ölkə vətəndaşı xəbərlər almağa yerli mətbuata deyil, daha çox transmilli media vasitələrinə, xarici mətbuata öyrəncəli olur. Ola bilsin ki, günlərin birində həmin o transmilli mətbuat vasitələri Azərbaycanın milli maraqları ilə uyuşmayan məlumat yaya bilərlər. Bu da Azərbaycan kimi bir ölkəyə, sabitliyə təsir edə bilər. Bu baxımdan ölkədə baş verən hadisələr ölkə mətbuatına çatdırılmalıdır. "Günəşli" yatağında baş verən olaylarda xalqımız faciə yaşadı. Dünyadan köçənlərə Allah rəhmət eləsin, vətən sağ olsun! Arzu edirəm yaralı olanlar tezliklə şəfa tapsınlar.

Görünür hadisələr baş verərkən problemləri aradan qaldıranlar daha çox öz güclərini "Günəşli"də baş verən yanğını söndürməyə qoyublar. O zaman onlar öz güclərini çətinlikdə qalan insanların xilas edilməsinə qoyublar. Çox təəssüf ki, ölkə ictimayyətinin məlumatlandırılmasını arxa plana keçiriblər. Xilasetmə əməliyyatı keçirənlər çox çətin şəraitdə işləyiblər. Onlara təşəkkür düşür. Onlar tam olaraq öz güclərini xilasetmə işinə sərf ediblər. Buna görə də ictimayyətin məlumatlandırılması arxa plana keçib. Bunun da nəticəsi o oldu ki, ölkə mətbuatında dəqiq olmayan məlumatlar getdi. Məlumat almaq mümkünsüz oldu. Azərbaycan jurnalistləri məlumatları dəqiqləşdirməyə cəhd ediblər. Bu zaman vaxt uzanıb. Bu zaman xarici KİV olan "Reuters" hadisə ilə bağlı xəbər yayımlayıb və bu xəbər daha dəqiq olub. Birmənalı qaydada ölkədə baş verən olayların transmilli KİV-lərdə getməsi yaxşı hal deyil. Çox müsbət haldır ki, bu məsələlər tezliklə öz həllini tapdı, artıq dəqiq məlumatlar verilir, tez-tez mətbuat konfransı keçirilir".






Fikirlər