BAKI-SUMQAYIT YOLUNDA AĞIR QƏZA – Ölənlərin sayı 5-ə çatdı – ADLAR (VİDEO +FOTOLAR) (YENİLƏNİR)

3333

Bakı-Sumqayıt yolunda baş verən qəzada xəsarət alanların bəzilərinin adları məlum olub.

APA-nın əldə etdiyi məlumata görə, hadisə nəticəsində xəsarət alan 17 nəfər – Babayev Orxan Xəqani oğlu, Mirzəyeva Mina, Qocayev Nicat Faiq oğlu, Cəfərova Aytən Əliyulla qızı, Əsgərli Oqtay Etibar oğlu, Fərzəliyeva Xavər Məlik qızı, Tağıyev Samir Məhəd oğlu, Cəbiyev Əfsər Əli oğlu, Manafov Bəybala Vüqar oğlu, Kərimova Təranə Şair qızı, Həsənov Elgiz Sərvər oğlu, Məmmədov Məhəmməd Şahin oğlu, Quluzadə Aytən Altay qızı, Baxışova İlahə Azər qızı, Amani Abbas Esmalı, Əliyev Elvin Rəşad oğlu, Mürsəlzdə Aydan Zahir qızı Sumqayıt Şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib.

* * *

Bakı-Sumqayıt yolunda baş verən qəzada ölənlərin sayı artıb.

Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Liya Bayramova APA-ya bildirib ki, hadisə nəticəsində ölənlərin sayı 5-ə çatıb.
Onlardan 2-si hadisə yerində, qalanları xəstəxanalarda ölüb.

Hadisədə yaralananlardan 17 nəfər Sumqayıt Şəhər Təcili Tibbi Yardım Xəstəxanasına gətirilib, 2-nə yerində yardım göstərilib. Onlardan çoxunun vəziyyəti orta-ağır dərəcədədir.
Yaralananlardan 4 nəfər isə Klinik Tibbi Mərkəzə aparılıb. Onlardan 1-i xəstəxanada dünyasını dəyişib, 2-nin vəziyyəti hazırda ağırdır və reanimasiyadadır.
Yaralıların olduğu bütün xəstəxanalara Səhiyyə Nazirliyinin mütəxəssisləri cəlb olunub.
Bakı-Sumqayıt yolunda baş verən yol-nəqliyyat hadisəsi zamanı ölənlərdən ikisi Sumqayıt Dövlət Universitetinin tələbəsidir.
Universitetdən APA-ya verilən məlumata görə, ölənlərdən ikisi – Nəsibov İbrahim və Quliyev İbrahim Universitetin Fizika və elektroenergetika fakültəsinin 3-cü kursunda təhsil alıb.

* * *

Bakı-Sumqayıt yolunda baş verən qəzada üç tələbə ölüb. Səhiyyə Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Səfayə Əhmədova “Report”a açıqlamasında bildirib ki, ölənlərdən biri qız, ikisi oğlandırÖlənlərin hər 3-ü tələbədir.

O qeyd edib ki, hər üç şəxs hadisə yerində dünyasını dəyişib.
S.Əhmədova deyib ki, hadisə nəticəsində bir neçə nəfər xəsarət alıb.
Kliniki Tibbi Mərkəzin baş həkimi Ədalət Dadaşov “Report”a açıqlamasında bildirib ki, mərkəzə hadisə nəticəsində xəsarət alan 3 nəfər gətirilib.
Qeyd edək ki, bu gün səhər saatlarına Sumqayıt istiqamətində hərəkət edən “Ford” markalı mikroavtobus yolunun kənarındakı dəmir yolayrıcına çırpılıb.

* * *

Baş Dövlət Yol Polisi İdarəsindən verilən məlumata görə, hadisə nəticəsində 2 nəfər ölüb, 5 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstaxanaya yerləşdirilib.

Eyni zamanda verilən məlumata görə, qəzaya uğramış “Ford-tranzit” markalı mikroavtobus tələbələri Sumqayıt Dövlər Universitetinə aparırmış.

* * *

Abşeron rayonu ərazisində ağır yol-nəqliyyat hadisəsi baş verib.
APA-nın məlumatına görə, “Ford-Tranzit” markalı sərnişin mikroavtobusu yolun kənarındakı maneəyə çırpılıb.

İkin məlumata görə, hadisə nəticəsində xəsarət alanlar var. Qəza yerinə yol polisi və təcili tibbi yardım maşınları cəlb olunub.
Yolda avtomobillərin sıxlığı yaranıb.
Baş Dövlət Yol Polisi İdarəsindən APA-ya verilən məlumata görə, qəza Bakı-Sumqayıt yolunda baş verib. Məlumata görə, Bakıdan Sumqayıta gedən mikroavtobusun sürücüsü yola çıxan piyadanı vurmamaq üçün manevr etmək istəyib, nəticədə mikroavtobus maneəyə çırpılıb. Hadisə yerində yol polisi işləyir.
İdarədən qəza nəticəsində xəsarət alanların olduğu bildirilib.
Hadisə şahidlərinin BakiPost.az-a göndərdiyi videonu təqdim edirik:

4c50fad4399c3085e20ed81f26a5c065

5556662222

 






Fikirlər