“Vəfat edən tələbələrin ailələrinə başsağlığı verirəm” - NAZİR

Təhsil naziri Mikayıl Cabbarov Bakı-Sumqayıt yolunda baş verən yol qəzasında Sumqayıt Dövlət Universitetinin tələbələrinin ölümü ilə bağlı başsağlığı verib.

AzerTaym.az-ın məlumatına görə, başsağlığında deyilir:
"Martın 9-da Bakı-Sumqayıt yolunda baş verən yol-nəqliyyat hadisəsi nəticəsində Sumqayıt Dövlət Universitetinin vəfat edən tələbələrinə Allahdan rəhmət diləyir, onların ailələrinə və universitetin kollektivinə dərin hüznlə başsağlığı verirəm. Hadisə zamanı xəsarət alanlara isə şəfa diləyir və tezliklə sağalmalarını arzulayıram”.
 






Fikirlər