Tanınmış iqtisadçı- ekspert VƏFAT ETDİ

Nazirlər Kabinetinin keçmiş şöbə müdiri, tanınmış iqtisadçı-ekspert Oqtay Haqverdiyev vəfat edib.

İqtisadçı bir müddət əvvəl açıqlamasında ürəyində yaranan narahatlığa görə müalicə aldığını, səhhətinin yaxşı olmadığını açıqlamışdı.
Xatırladaq ki, O.Haqverdiyev Nazirlər Kabinetinin Maliyyə-kredit şöbəsinin sabiq müdiri, iqtisadiyyat nazirinin keçmiş müavini olub.

O, Azərbaycanın ən tanınmış nəsillərindən birinin təmsilçisi, yazıçı Əbdürrəhim bəy Haqverdiyevin qardaşı nəvəsi idi.
Allah rəhmət eləsin...

AzerTaym.az






Fikirlər