Tanınmış məhkumların adı Əfv Komissiyasına VERİLİB
Novruz bayramı ərəfəsində Prezident İlham Əliyevin əfv sərəncamı imzalayacağı, 400-ə yaxın insanın ölkə başçısının humanist addımı nəticəsində azadlığa çıxacağı gözlənilir. İnsan Hüquqları üzrə Birgə İşçi Qrupun üzvü, hüquq müdafiəçisi Novella Cəfəroğlu Modern.az-a deyib ki, onların Prezident yanında Əfv Komissiyasına təqdim etdiyi siyahıda 24 nəfərin adı qeyd olunub: Həmin şəxslər arasında Əli İnsanov, İlqar Məmmədov, NİDA-çı gənclər Qiyas İbrahimov, Bayram Məmmədov, AXCP sədrinin köməkçisi Faiq Əmirli, AXCP-nin sədr müavini Fuad Qəhrəmanlı və başqaları var. Hüquq müdafiəçisi siyahıda olan şəxslərin azadlığa çıxacağına böyük ümidlərinin olduğunu bildirib.