İlham Əliyev əfv sərəncamı imzaladı
Sərəncamla bir çox tanınmış şəxslər azadlğa buraxılacaq. Bu barədə İnsan Hüquqları üzrə Birgə İşçi Qrupunun katibi Səadət Bənənyarlı "Qafqazinfo"ya məlumat verib.
Onun sözlərinə görə, əfv siyahısında 2 NİDA-çının adı var: "Onlar Üzeyir Məmmədli və Zaur Qurbanlıdır".
Siyahıda həmçinin jurnalist Əvəz Zeynallının adı var. Əfvə eyni zamanda İsmayıllı məhbuslarından 3 nəfər, hicab məhbuslarından isə 2 nəfərin adı daxil olub.
Novella Cəfəroğlu bildirib ki, onların təqdim etdikləri siyahıdan 10 nəfər azadlığa çıxacaq. Həmin şəxslərin arasında Qurban Məmmədov və Sərdar Əlibəyli də var: "Biz prezident İlham Əliyevin bu sərəncamını yüksək qiymətləndiririk və ümid edirik ki, mart ayına qədər digər tanınmış məhbuslar da azadlığa çıxacaq".