Hüquq müdafiəçiləri Ramil Usubovla görüşüb
Onun sözlərinə görə, DİN rəhbəri qaldırılan məsələlərin diqqətə alınacağını deyib:“Görüş Monitoriqn Qrupunun təşəbbüsü ilə baş tutdu. Bilirsiniz ki, daxili işlər naziri eyni zamanda Prezident yanında Əfv Komissoyassının üzvüdür.
Hesab etdik ki, 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni İl münasibəti ilə bağlı gözlənilən əfv fərmanı ilə bağlı gözləntilərimizi cənab nazirə çatdırmaq faydalı olar. Biz həm səhətində problemlər olan, həm də əfv əzirəzi yazan məhbusların azadlığa çıxmasını indiki durumda Azərbaycana fayda verəcəyini düşünürük. Nazirdən xahiş etdik ki, Əfv Komissiyasının toplantısında bizim mövqeyimiz də nəzərə alınsın. Bizim siyasi məhbus siyahımızda olan bir neçə şəxsin məsələsinə İnsan Haqları Problemləri üzrə İşçi Qrupda da baxılıb. Biz bu haqda da cənab nazirə məlumat verdik. Çox pozitiv fikir mübadiləsi oldu. İnanırıq ki, nəticələr olacaq”.
Səidə Qocamanlı onu da bildirib ki, görüşdə Sülh və Demokratiya İnstitutunun bəbsdə olan direktoru Leyla Yunusun məsələsi ayrıca müzakirə edilib. Monitorinq Qrupunun üzvləri onun səhhətindəki problemləri əsas gətirərək azadlığa çıxmasına şərait yaradılmasını istəyiblər:“Leyla Yunusun məsələsi ilə yanaşı Xədicə İsmayılovanın həbsini də müzakirə etdik. İnsan haqları müdafiəçiləri olaraq bizim ortaq fikrimiz budur ki, bu cür həbslər heç bir səbəb olmadan Azərbaycan üçün problemlər yaradır və onların qarşısı alınmalıdır”.
Səidə Qocamanlı “Yeni Müsavat”a açıqlamasında əvf fərmanı ilə bağlı gözləntiləri haqqında Ədliyyə Nazirliyinin İnsan Haqları şöbəsinin müdiri Fuad Qurbanovla da müzakirələr apardıqlarını bildirib.Bu gün, Dekabrın 8-də isə qrup üzvləri Baş Prokurorluqda səlahiyyətli şəxslərlə görüşəcək.