Millət vəkili aşıq Azər üçün yardım istədi: “Təcili 9 min MANAT LAZIMDIR”
Millət vəkili Qənirə Paşayeva aşıq Azər Xanlara yardım üçün müraciət edib. Musavat.com xəbər verir ki, millət vəkili ötən gün İstanbulun özəl xəstəxansında sol ayağından əməliyyat olunan aşığın 9 min manat ödəniş etməli olduğunu bildirib: “3-4 gün əvvəl İstanbulda xəstəxanada yatan və əməliyyata hazırlaşan istedadlı aşıq qardaşımız Azər Xanlaroğlu ilə görüşdük və müalicəsinin gedişi,planlaşdırılan əməliyyatla bağlı geniş fikir mübadiləsi apardıq. Həkimlər Azərin əməliyyatdan sonra yaxşı olacağı deyirdilər. Amma problem ondan ibarətdir ki əməliyyata lazım olan vəsaitin 9 mini çatışmır. Yəni Azərin ailəsi, dostları pul toplayıblar amma əməliyyat üçün yetərli deyil. Əməliyyatı edəcəklərini deyən həkimlər bir neçə gün içərisində pulun qalanının xəstəxanaya köçürülməsini şərt kimi qoyublar və Azər bəy də bununla razılaşıb. Bu gün Azər bəy əməliyyat olundu. Bir az əvvəl danışdıq. Yaxşı olacağına özünün də bizim hamımızın da inamı böyükdür. Dualarınızı əksik etməyin. Amma dostlardan xahiş edirik ki Azər bəyə kömək olunması üçün açdığı hesab nömrəsinə kimin gücü çatırsa gücünün çatdığı qədər dəstək olsun. Ümid edirik ki Aşıq sənətini sevənlər Aşıq sənətinin gözəl ifaçılarından Aşıq Xanların övladına və istedadlı bir ozan, aşıq olan Azər bəyə dəstək olmağa çalışacaqlar. Bütün dostları dəstək olmağa çağırırıq. Azərbaycanla yanaşı qardaş Türkiyədəki dostları da dəstəyə çağırırıq”. Qeyd edək ki, mərhum Aşıq Xanların oğlu, 33 yaşlı aşıq Azər 3 ildir hepatit xəstəliyindən əziyyət çəkir. Onun ayağında şiş – fil xəstəliyi var. Eyni zamanda aşığın qaraciyəri dəyişdirilməlidir. Aşıq Azər üçün hesab nömrəsi açılıb. Ona yardım etmək istəyən şəxslər üçün həmin hesab nömrəsini təqdim edirik: IBAN Numaram:
TR960004601409001000008657
Hesab Numaram: 1409-0008657
Swift kod: AKBKTRIS
Soyad Ad: Yusifli Inci
Bank: Akbank