AŞIQ Xanların CİYƏRPARƏSİ - AŞIQ AZƏR canıyla ÇARPIŞIR (VİDEO)

 

Aşıq Xanların ciyərparası - Aşıq Azər canıyla çarpışır (VİDEO)
Məşhur Azərbaycan aşığı, böyük saz-söz ustadı, mərhum Aşıq Xanların oğlu Aşıq Azər Xanlaroğlunun həyatı təhlükədədir. Aşıq Azər artıq 3 ildir ki, “Hepatit B” xəstəliyindən əziyyət çəkir.
 
Aşıq Azər Xanlaroğlu Cebhe.info-ya açıqlamasında bildirib ki, iki il ərzində müxtəlif xəstəxanalarda müalicə alsa da, son zamanlar xəstəliyi daha da kəskinləşib və son həddə çatıb. Bu səbəbdən Aşıq Azərin müalicəsi üçün yardım lazımdır:
 
“Ayaqlarımda kəskin ağrılar var. Şişdiyi üçün yerimdən durmaqda çətinlik çəkirəm. Qalxıram, amma yeriyə bilmirəm. Ayaqüstə yalnız bir-iki dəqiqə dura bilirəm, ondan artıq yox. Konkret yeriməyim çətinləşib”.
 
Azər Xanlaroğlu deyib ki, Türkiyə və Rusiyada müalicə alıb: “Bundan əlavə Bakının bir çox xəstəxanalarında 4 dəfə yatmışam. Artıq xəstəliyim ağırlaşıb. Bu xəstəliyin müalicəsi İsraildə var. Amma sağalması üçün xeyli miqdarda, təxminən 60 min dollara yaxın vəsait lazımdır. Maddi sıxıntımız var. Ona görə də bu gündən etibarən ictimaiyyətə səslənərək kömək istəmək məcburiyyətində qalmışam. Yenə də qismət Allahdan... ”
 
Xatırladaq ki, Aşıq Xanlar Azərbaycanın tanınmış el aşıqlarından biri olub. O da cavan yaşında dünyasını dəyişib. Çox təəssüf ki, bu gün Xanların yadigarı aşıq Azər Xanlaroğlunun da həyatı təhlükədədir.

  






Fikirlər