İcra hakimiyyətindən “Şərq” bazarının söküləcəyi xəbərinə REAKSİYA VERİLDİ

Nərimanov icra başçısının 1-ci müavini: “Bazar deyil, bazarın arxasındakı birmərtəbəli evlər söküləcək”

Bakının Nərimanov rayonundakı “Şərq” bazarının köçürülməsi haqda xəbərə Nərimanov rayon İcra Hakimiyyəti başçısının 1-ci müavini şahmar ibadov münasibət bildirib. Ş.İbadov deyib ki, bazarın köçürüləcəyi haqda məlumatlar yanlışdır: “Bazar deyil, bazarın arxasındakı birmərtəbəli evlər söküləcək. “Şərq” bazarı tarixi-memarlıq abidəsidir. Mədəniyyət və Turizm Nazirliyi tərəfindən qorunan abidələrdəndir. Həmin abidənin sökülməsi üçün Nazirlər Kabinetinin və Mədəniyyət və Turizm Nazirliyinin razılığı olmalıdır. Biz bazarın köçürüləcəyi ilə bağlı xəbərləri tamamilə təkzib edirik”.Ş.İbadov deyib ki, pilot layihə çərçivəsində “Şərq” bazarının arxasındakı 1 mərtəbəli evlərin sökülməsi və yerində müasir standartlara cavab verən hündürmərtəbəli binaların tikintisi nəzərdə tutulub: “Hazırda həmin evlərini söküntüsü həyata keçirilir. Pilot layihə çərçivəsində sökülən evlərin sakinlərin 1 il 6 ay sonra tam təmirli, mənzilləriin hazırkı ölçülərindən 30 faiz artıq olmaqla mənzillər təqdim ediləcək. Bu müddət ərzində sakinlərin kirayə haqları da ödəniləcək. Mümkündür ki, həmin 1 mərtəbəli evlərin sökülməsi haqda məlumatları öyrənənlər düşünüblər ki, bazarın da sökülməsi baş tuta bilər və bu yanlış məlumatların ortaya çıxmasına səbəb olub”.






Fikirlər